Bakı–Tbilisi–Bakı marşrutu müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.
Bu barədə Azərbaycan Dəmir Yollarından məlumat verilib.
Bildirlib ki, 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.
Marşrut üzrə səyahət tarifləri:
• Bakı–Tbilisi: 81 AZN-dən
• Yevlax–Tbilisi: 67 AZN-dən
• Gəncə–Tbilisi: 62 AZN-dən
• Ağstafa–Tbilisi: 57 AZN-dən
• Böyük Kəsik–Qardabani: 51 AZN-dən başlayır.
Rəsmi məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq.
Tbilisidən isə saat 21:00-da yola düşərək növbəti gün saat 06:24-də Bakıya çatacaq.
Qatar Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq.