Azərbaycan WUF13 üçün ən uyğun məkanlardan biridir.
Ucnoqta.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, forumda müxtəlif ölkələrin rəsmiləri təcrübələrini bölüşür:
"Azərbaycan da öz təcrübələrini bölüşməyə hazırdır. Biz şəhərsalma mövzusunda müzakirələrə açığıq".