Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Qeyd olunub ki, universitetin MBA Proqramının I kurs tələbəsi Məmməd Məmmədli vəfat edib.
Tələbənin ürəktutmadan vəfat etdiyi bildirilib.