Bakı–Tbilisi–Bakı marşrutu üzrə artıq biletlərin satışına start verilib.
Ucnoqta.az xəbər verir ki, biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından əldə etmək olar.
Qeyd edək ki, biletlərin satışına başlanıldıqdan sonra ADY-nin saytında çətinliklər yaranıb. Hazırda sayta daxil olmaq mümkün deyil.