Ucnoqta.az
www.ucnoqta.az

Vuçiç istefa verə biləcəyini açıqlayıb

07:54 - 25 May 2026 tarixində dərc olunub.

Serbiya Prezidenti Aleksandr Vuçiç səlahiyyət müddətinin sona yaxınlaşması ilə əlaqədar istefa verə biləcəyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Serbiya liderinin açıqlaması onun Çinə səfəri zamanı verilib.

N1 TV-nin məlumatına görə, prezident, "Ola bilsin tezliklə istefa verim" deyib. 

Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidenti seçilib. O, 2022-ci ildə ikinci müddətə yenidən seçilib. Onun prezidentlik müddəti 2027-ci ildə başa çatır.

Müəllif: Ucnoqta.az redaksiyası