Bakı-Tbilisi sərnişin qatarı xalqımızın, iki dövlətin vətəndaşlarının gediş-gəlişini daha da asanlaşdıracaq.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Bakı-Tbilisi sərnişin qatarının yola salınması zamanı deyib.
"Bakı-Tbilisi qatarının yolda salınması xalqımıza xeyirli olsun. Bu Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticəsidir". – o bildirib və əlavə edib ki, Gürcüstan qonşu və dost dövlətdir.
C. Qurbanov Gürcüstanda 400 minə yaxın azərbaycanlının yaşadığını xatırladıb:
"Bu sərnişin qatarı xalqımızın, iki dövlətin vətəndaşlarının gediş-gəlişini daha da asanlaşdıracaq".
Qeyd edək ki, C. Qurbanov Bakı-Tbilisi qatarının ilk sərnişlərindən biri olub.