Rusiya sərhədi yaxınlığında Britaniya müdafiə nazirini daşıyan təyyarənin GPS siqnalını kəsib.
Ucnoqta.az xəbər verir ki, BBC-nin məlumatına görə, hadisə 21 may cümə axşamı günü Healey-in Estoniyada Rusiya sərhədi yaxınlığında NATO təlimlərində iştirak edən Britaniya qoşunlarını ziyarət etdikdən sonra Böyük Britaniyaya qayıtması zamanı baş verib. Üç saatlıq uçuş zamanı təyyarənin GPS-i sıradan çıxıb və pilotlar fərqli naviqasiya sistemindən istifadə etməyə məcbur olublar.
Müdafiə nazirini daşıyan təyyarənin Rusiya hərbçiləri tərəfindən qəsdən hədəfə alınıb-alınmadığı məlum deyil.
Eyni zamanda, jurnalistlər qeyd edirlər ki, hökumət təyyarəsinin marşrutu ictimai uçuş monitorinqi veb saytlarında asanlıqla izlənilə bilər.