Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Britaniya müdafiə nazirini daşıyan təyyarənin GPS siqnalını kəsib?

09:48 - 25 May 2026 tarixində dərc olunub.

Rusiya sərhədi yaxınlığında Britaniya müdafiə nazirini daşıyan təyyarənin GPS siqnalını kəsib.

Ucnoqta.az xəbər verir ki, BBC-nin məlumatına görə, hadisə 21 may cümə axşamı günü Healey-in Estoniyada Rusiya sərhədi yaxınlığında NATO təlimlərində iştirak edən Britaniya qoşunlarını ziyarət etdikdən sonra Böyük Britaniyaya qayıtması zamanı baş verib. Üç saatlıq uçuş zamanı təyyarənin GPS-i sıradan çıxıb və pilotlar fərqli naviqasiya sistemindən istifadə etməyə məcbur olublar.

Müdafiə nazirini daşıyan təyyarənin Rusiya hərbçiləri tərəfindən qəsdən hədəfə alınıb-alınmadığı məlum deyil.

Eyni zamanda, jurnalistlər qeyd edirlər ki, hökumət təyyarəsinin marşrutu ictimai uçuş monitorinqi veb saytlarında asanlıqla izlənilə bilər.

Müəllif: Ucnoqta.az redaksiyası