Ucnoqta.az
www.ucnoqta.az

Nazir müavini Bakı-Tbilisi qatarının ilk sərnişinlərindən biri oldu

23:48 - 25 May 2026 tarixində dərc olunub.

Bakı-Tbilisi sərnişin qatarı xalqımızın, iki dövlətin vətəndaşlarının gediş-gəlişini daha da asanlaşdıracaq.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Bakı-Tbilisi sərnişin qatarının yola salınması zamanı deyib.

"Bakı-Tbilisi qatarının yolda salınması xalqımıza xeyirli olsun. Bu Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticəsidir". – o bildirib və əlavə edib ki, Gürcüstan qonşu və dost dövlətdir.

C. Qurbanov Gürcüstanda 400 minə yaxın azərbaycanlının yaşadığını xatırladıb:

"Bu sərnişin qatarı xalqımızın, iki dövlətin vətəndaşlarının gediş-gəlişini daha da asanlaşdıracaq".

Qeyd edək ki, C. Qurbanov Bakı-Tbilisi qatarının ilk sərnişlərindən biri olub.

Müəllif: Ucnoqta.az redaksiyası