Ucnoqta.az
www.ucnoqta.az

TƏBİB:<font color=red><b> "Sədərək"də 9 nəfərə tibbi yardım göstərilib, 1 nəfər isə xəstəxanaya yerləşdirilib</b></font>

09:57 - 18 Fevral 2020 tarixində dərc olunub.

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı xəsarət alanlar var.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, yanğınla əlaqədar əraziyə 5 tibbi briqada cəlb edilib: "Hadisə nəticəsində 9 nəfərə yerində yardım göstərilib, 1 nəfər travma ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib".

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib./trend

Müəllif: