Rusiyanın yeni Baş Prokuroru məlum oldu

Rusiya Federasiya Şurası İqor Krasnovu ölkənin Baş Prokuroru olaraq təsdiqləyib.

“Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, senatorlar 44 yaşlı Krasnovun namizədliyini yekdilliklə dəstəkləyiblər. Krasnov vəzifəyə təsdiqlənəndən sonra Baş prokuror kimi and içib.

Qeyd edək ki, İqor Krasnov bu təyinatına qədər Rusiya İstintaq Komitəsinin sədr müavini olub. Onun Baş Prokuror vəzifəsinə namizədliyini Prezident Vladimir Putin irəli sürüb.
Xatırladaq ki, sabiq Baş Prokuror Yuri Çayka yanvarın 20-də istefa verib. Putin ona Şimali Qafqaz Federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini təklif edib.

Tarix
22 Yanvar 2020 [12:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-22 12:53:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin