Qazaxda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

19:08 - 17 Noyabr 2019 - HADİSƏ

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası olub.

Hadisə magistral yolun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZ-53" və "QAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - 1986-cı il təvəllüdlü Əfqan Abdullayev, 1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev və 1977-ci il təvəllüdlü Vüqar Musayev xəsarət alıblar. Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar.

Qeyd edək ki, qəza zamanı "QAZ-53" avtomobili aşıb.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti