Cenifer Lopes toyuna 3 milyon dollar xərcləyəcək

Bu yaxınlarda dördüncü dəfə ailə həyatı quracaq Cenifer Lopesin toyunun detalları haqqında məlumatlar yayılıb.

Lopes və onun gələcək həyat yoldaşı idmançı Aleks Rodriqes toyları haqqında danışmamağa üstünlük verirlər.
Bu ilin yazında nişanlanan 50 yaşlı Cenifer və onun 44 yaşlı sevgilisi Rodriqes toylarının hər xırda detalına ayrıca zaman və pul ayırıblar.

Toyun Mayamidə baş tutacağı və cütlüyə 3 milyon dollara başa gələcəyi söylənilir. Toya 500 nəfər qonaq gələcəyi gözlənilir. Süfrəni ləziz yeməklər və on yaruslu nəhəng tort bəzəyəcək. Toyda dünya ulduzlarının çıxışı, sonda isə atəşfəşanlıq olacaq.

Geyimə gəlincə, bu barədə də bir neçə fikir dolaşır. Aktrisanın “Versace”dən geyinəcəyi gözlənilir./oxu.az

Tarix
27 Oktyabr 2019 [12:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-27 12:43:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin