DYP əməkdaşları "Chevrolet-Niva"nı belə söndürüblər - FOTO + VİDEO

Daşkəsən rayonunda DYP əməkdaşları yanan avtomobili söndürüblər. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a məlumat verilib.

Məlumata görə, oktyabrın 16-da rayon ərazisində E.Zeynalovun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobilin mühərrik hissəsində yanğın baş verib. Sürücü dərhal hərəkəti dayandırıb.

Hadisə yerində xidmət aparan Daşkəsən Rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğınsöndürmə balonundan istifadə edərək yanğının qarşısını alıblar. Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

 

Namiq Musayev

 

Tarix
17 Oktyabr 2019 [16:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-17 16:28:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin