Rövşən Rzayev: "Müxalifətin fəaliyyəti nəticəsində bu gün 1 milyon insan məcburi köçkün vəziyyətində yaşayır"

"Müxalifət düşünməlidir ki, onların fəaliyyəti nəticəsində bu gün 1 milyon insan məcburi köçkün vəziyyətində yaşayır".

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Milli Şuranın keçirdiyi piket zamanı videomüsahibə verərək evsiz olduğunu deyən məcburi köçkünün yalan danışdığı məlum olub: "Biz bununla bağlı araşdırma apardıq. Həmin şəxsin Zəngilan rayonundan olan məcburi köçkün Yaşar Cəlilov olduğu məlum oldu. Ona və ailə üzvlərinə ev verilib".

Komitə sədri vurğulayıb ki, bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır: "Bununla bağlı ölkə başçısının tapşırığına əsasən işlər görülür. Komitədə bununla bağlı komissiya yaradılıb. Biz köçürülmə zamanı daha çox yataqxanalarda, pansionatlarda, məktəblərdə, bağçalarda, zirzəmilərdə qalanlara üstünlük veririk. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub. Amma çox təəssüflər olsun ki, yenə də bu kateqoriyadan olan ailələr var”./report

Tarix
10 Oktyabr 2019 [13:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-10 13:40:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin