Qaxda 11 yaşlı qızı maşın vurub

Qaxda 11 yaşlı qızı maşın vurub.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Tasmalı kəndində baş verib. Qax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəkiliyev Yunis Miraləm oğlu idarə etdiyi "QAZ 24" markalı avtomobillə hərəkətdə olarkən, Tasmalı kəndinə nənəsigilə qonaq gəlmiş 2008-ci il təvəllüdlü Mirzəyeva Ləman Nurlan qızını vurub. Yaralı dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralıya kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir. Müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

Tarix
11 Sentyabr 2019 [20:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-11 20:10:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin