Hindistanda məktəb avtobusu çaya düşdü - 49 yaralı

11:45 - 13 Avqust 2019 - DÜNYA

Hindistanın qərbindəki Maharaştra ştatında məktəb avtobusu çaya düşüb.


Hadisə nəticəsində 49 şagird xəsarət alıb.

Qeyd olunur ki, hadisə Mumbay şəhərindən 100 kilometr məsafədə baş verib. Xəsarət alan şagirdlər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilməyib.

Xəbər xətti