Mart ayı üzrə media reytinqi açıqlanıb

11:48 - 9 Aprel 2019 - Xəbər

Media Consulting and Services  media monitorinq qrupu  01-31 mart 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  12 Televiziya kanal, 13 radio dalğası; 55  çap  və  600 on-line media daxil olmaqla  680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumların ilk beşliyini təqdim edirik.

Mobil rabitə

Azercell 1728
Bakcell  1217
Nar mobile 1090

Bank sektoru

ABB               1193
Kapital Bank   796
Paşa Bank     553
Accessbank   534
Bank Respublika 496

Sığorta sektoru

PAŞA 169
AXA MBASK 104
Azsıgorta 101
PAŞA Həyat 74
Bakı 68

Ali məktəblər

BDU   2111
ADU   1069
BANM 958
UNEC 902
ADA   798

Hotel

Landmark 218
Hilton  168
JW Marriott Absheron 120
Hyatt Regency 45
Excelsior 40

Qeyd edək ki, aylıq nəticələr  agentliyin facebook, twitter və web səhifələrində də yerləşdirilib
Əlavə etmək istərdik ki, elan olunan statistika  yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər. 

Media Consulting and Services Qrupu 2004-cü ildən fəaliyyət göstərir. Fəaliyyətimizin əsas istiqamətləri - media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir. Media Consulting and Services hazırda bir çox yerli və xarici brendlərə peşəkar xidmət göstərir.

 

Xəbər xətti