Çaylarda suyun səviyyəsi artıb

Çaylarda sululuq səviyyəsi dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan intensiv yağış nəticəsində Respublikanın xüsəsən Lənkərən-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 100-180, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 300-500 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, noyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 208 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 106 m3/s olmaqla, ongünlük normanın 294 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 36 m3/s təşkil edərək ongünlük normanın 45 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, noyabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində 2, Salyanda 4, Bankədə 16, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408 sm (2017-ci il noyabrın 30-da 362 sm), Şirvanda 281 sm (2017-ci il noyabrın 30-da 233 sm), Salyanda 243 sm (2017-ci il noyabrın 30-da 189 sm), Bankədə 237 sm (2017-ci il noyabrın 30-da 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 115 sm (2017-ci il noyabrın 30-da 88 sm) təşkil edib.

Tarix
2 Dekabr 2018 [09:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin