Ana səhifə
20 Noyabr 2018

Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq

 Azərbaycan Dövlət Musiqili Teatrında oktyabrın 20-də “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev) tamaşası oynanılacaq.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, ilk dəfə 29 may 2010-cu ildə göstərilən bu səhnə əsərinin 50-ci nümayişi görkəmli yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin 80 illik yubileyi münasibətilə təqdim olunacaq.
Tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır. Əsərin ən böyük özəlliklərindən biri də günümüzlə səsləşməsi və aktuallığıdır. Tamaşanın maraqlı və rəngarəng süjet xətti var: Hər bir valideyn övladının xoşbəxtliyini istəsə də, bəzilərinə elə gəlir ki, xoşbəxtlik təkcə var-dövlət sahibi olmaqdadır. Əsərin qəhrəmanı olan ana – Tünzalə xanım da bu cür yanlış düşüncədə olan insanlardandır. O qızını varlı, malı-dövləti olan birisinə ərə vermək istəyir. Qızı Reyhan isə başqa birisini – ingilis dili müəllimi olan Kamranı sevir. Reyhan anasının onun kasıb bir müəllimlə evlənməsinə heç cür razı olmayacağını görüb Kamranla birgə Tünzalə xanım üçün oyun qururlar. Məzhəkə dolu tamaşada gənclərin sevgisinin qarşısını heç bir qüvvə kəsə bilmir.

Musiqisi bəstəkar, Xalq artisti Ramiz Mirişli olan səhnə əsərinin quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva və Eleanora Mehdiyeva ifa edəcəklər.

Tarix
17 Oktyabr 2018 [17:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin