Səbaildə avtomobil piyadanı vurdu

15:04 - 4 May 2018 - HADİSƏ

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, mayın 3-də saat 22 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Vüqar Ağayev idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Natella Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti