“İnyesta tarixin ən yaxşı ispan futbolçusudur" - Ronaldo

21:56 - 1 May 2018 - İDMAN

Braziliya futbolunun canlı əfsanəsi Ronaldo “Barselona”nın kapitanı Andres İnyesta haqda danışıb. İspaniya mətbuatına açıqlama verən veteran hücumçu mövsümün sonunda “Barsa”dan ayrılacağını bildirən 33 yaşlı yarımmüdafiəçi haqda müsbət fikirlər səsləndirib: “İnyesta tarixin ən yaxşı ispan futbolçusudur. Bu cür keyfiyyətdə olan ikinci ispan futbolçu xatırlamıram. O, çox şeyi bacarır. Məhz buna görə hamı İnyestanı sevir”. Xatırladaq ki, Ronaldo 1996-97-ci il mövsümündə “Barselona”da çıxış edib. İnyesta isə 1998-ci ildə kataloniya klubunun əsas komandasında debüt edib.qol.az

Xəbər xətti