Elmar Məmmədyarov Kosta Rikanın xarici işlər naziri ilə görüşüb

15:03 - 28 Aprel 2018 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Kosta Rikanın xarici işlər naziri Manuel Qonsales Sanz ilə görüşüb. Ucnoqta.az xəbər verir ki, XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə ediblər. Nazir Elmar Məmmədyarov iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafına verdiyi töhfəsinə görə həmkarını XİN-nin Fəxri diplomu ilə təltif edib.

Xəbər xətti