Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin iclasında iştirak edir

11:24 - 17 Aprel 2018 - SİYASƏT

 

Düşənbədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrinin xarici işlər nazirlərinin növbəti iclası öz işinə başlayıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizi tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edir.

İclas iştirakçıları İqtisadi Əməkdaşlıq Təşkilatının layihə və proqramlarının icrası vəziyyəti, İƏT Katibliyinin beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı, İƏT-in Əfqanıstana yardım üzrə Yeni Proqramının qəbulu, həmçinin təşkilatın inzibati və maliyyə məsələlərini müzakirə edəcəklər.

Xəbər xətti