Şəhriyar Məmmədyarov iddiaçıların turnirində məğlub olub

11:09 - 25 Mart 2018 - İDMAN

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, ötən gün baş tutan XII turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinqlə qarşılaşıb.   İlk dövrədə qara fiqurlarla çinli rəqibi ilə heç-heçə edən həmyerlimiz bu dəfə ağ fiqurlarla oynayıb. Liderlər qrupunda qərarlaşan həmyerlimiz gözlənilmədən rəqibinə məğlub olub.   Turun ən maraqlı matçı Sergey Karyakinlə lider Fabiano Karuana arasında keçirilib. Rəqibi üzərində qələbə qazanan Karyakin aradakı xal fərqini qapayaraq, liderliyə şərik olub.   Qeyd edək ki, sabah şahmatçılar istirahət edəcəklər.

Xəbər xətti