Şirvanda mikroavtobus qəzası - 15 yaralı var

09:52 - 13 Mart 2018 - HADİSƏ

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
 
"Ucnoqta.az"  APA-ya istinadən xəbər verir ki, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.
 
Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti