UEFA-nın futbol klublarımıza ayırdığı vəsait açıqlanıb

12:31 - 7 Mart 2018 - İDMAN

2017-ci il ərzində UEFA tərəfindən Azərbaycan futbol klublarına ayrılan maliyyə vəsaiti açıqlanıb.
 

"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə AFFA-nın Maliyyə və Mühasibat Departamentinin ötən il üçün illik hesabatında məlumat verilib.
 

Məbləğ ümilikdə 37 milyon 48 min 16 manat təşkil edib. Rəsmi sənədə əsasən, bu məbləğin 33 milyon 350 min 68 manatı "Qarabağ"ın, 1 milyon 570 min 640 mananatı "Qəbələ"nin, 996 min 626 manatı "Zirə"nin, 858 min 484 manatı "Keşlə"nin, hərəyə 202 min 957 manatı "Neftçi" və "Kəpəz"in, hərəyə 138 min 142 min manatı "Sumqayıt" və AZAL-ın ("Şüvəlan") hesabına köçürülüb.

Xəbər xətti