Almaniyada Yeni il ağacı adamların üstünə aşdı

18:55 - 11 Dekabr 2017 - DÜNYA

Almaniyanın qərbində yerləşən Eşvayler şəhərində yarmarka meydanında ucaldılmış Yeni il ağacı adamların üzərinə yıxılıb.

Ölkə.Az oxu.az-a istinadən xəbər verir ki, ən azı dörd nəfər xəsarət alıb.

Bildirilir ki, yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 21:00) ağac meydanda quraşdırılmış uşaq karuselinin üstünə aşıb. Lakin uşaqlar arasında xəsarət alan yoxdur. Yaralananların dördü də böyüklərdir. 

Hazırda polis hadisənin başvermə səbəblərini araşdırır.

Xəbər xətti