Merkel: “Rusiya Ermənistan və Azərbaycanla münasibətlərdə əsas rol oynayır”

16:36 - 24 Noyabr 2017 - DÜNYA

Almaniya kansleri : “Ermənistan və Azərbaycanla tərəfdaşlıq sazişi imzalayacağıq"

“Rusiya “Şərq tərəfdaşlığı” ölkələri ilə münasibətlərdə əsas rol oynayır”. AzVision.az "News.am"-a istinadn xəbər verir ki, bunu “Şərq tərəfdaşlığı” sammitinin açılışında çıxış edən Almaniya kansleri Angela Merkel bildirib.
Merkel hesab edir ki, Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərdə əsas rol oynadığı Avropa İttifaqı üçün aydındır:
“Ermənistan və Azərbaycanla tərəfdaşlıq sazişi imzalayacağıq. Bu, assosiasiya sazişi kimi intensiv olmayacaq, amma biz onlarla da əməkdaşlıq edəcəyik. Bu ölkələrin Rusiya ilə münasibətləri əsas rol oynayır”. 

Xəbər xətti