Hacıbala Abutalıbovdan kövrək Açıqlama:"Mən şeytana da sağlam həyat diləyirəm”

12:11 - 16 Noyabr 2017 - ÖLKƏ İÇİ

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov səhhəti ilə bağlı yazılanlara cavab verib.

 

Ucnoqta.az xəbər verir ki, mer səhhətində heç bir problem olmadığını bildirib:

 

“Mənə nə olub axı.Hər şey əladır.Mən hazırda iş başındayam. Bu dəqiqələrdə müdriklikdən müqəddəslik zirvəsinə qədər ucalmış Heydər Əliyevlə görüşüb gəlirəm. Mən nəinki şeytanı mələyə çevirmək istəyənlərə, özlərilə bacaran və talelərilə razılaşan insanlara, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm”.

 

Daha sonra mer onu istəməyənlərə də can sağlığı arzulayıb.

“Kimliyindən asılı olmayaraqmən hamını çox istəyirəm. Gəlin, hamımız bir yerdə bizə alın yazısı kimi verilmiş tale ilə razılaşıb, xoşbəxt olmağı bacaraq. Sizə də yüksək səviyyədə xoşbəxt həyat, sağlamlıq, ürəyinizdə olanların çin olmasını arzulayıram”.

 

Xəbər xətti