Sabahın havası açıqlanıb

12:34 - 12 Noyabr 2017 - ÖLKƏ İÇİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 13-də ölkə ərazisində gözlənilən hava məlumatını açıqlayıb. ETSN-dən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Xəbər xətti