Diaspora təşkilatları bəstəkarlarımızın əsərlərinin Özbəkistanda ifası işinə dəstək verir

18:31 - 9 Oktyabr 2017 - KİVDF

Onlar bu ölkədə Azərbaycan musiqisinin fəal təbliğatçısına çevrilib

Mədəniyyətin formalaşması və inkişafı, xalqların mədəni irsi və irsə varislik, bu sahədə tərəqqi mədəni əlaqələr vasitəsilə də təzahür edir. Mədəniyyətin əsas sahələrindən biri olan ədəbiyyat və incəsənətin xalqa təsir qüvvəsi həmişə ardıb və mədəni nailiyyətlərin mübadiləsi əsasında inkişaf edib. Mədəni əlaqələrin təsiri ilə milli ədəbiyyat və incəsənətin inkişafı xalqın mənəvi aləminin zənginləşməsinə də kömək edir. Azərbaycan xalqı öz mədəniyyətini başqa ölkələrin xalqları, ilk növbədə türk xalqları ilə əməkdaşlıq, ədəbiyyat və incəsənətin qarşılıqlı surətdə zənginləşdirilməsi və milli nailiyyətlərin mübadiləsi əsasında inkişaf etdirir. Xüsusilə. Özbəkistanla mədəni əlaqələrimiz bu gün yüksək səviyyədədir. Bu əlaqələrin forma və vasitələri zəngin, coğrafi dairəsi geniş, əhəmiyyəti isə böyükdür. Yaradıcılıq ittifaqlarının ədəbi-mədəni əlaqələr dairəsinə tərcümə problemləri, müzakirələr, söhbətlər, yaradıcılıq görüşləri, festivallar, görkəmli şəxsiyyətlərin yubileyləri ədəbiyyat və incəsənət günləri, poeziya günləri, elmi əlaqələr və s. daxildir. Bu tədbirlərin keçirilməsində diaspora təşkilatlarımız yaxından iştirak edir. Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzi fəasliyyət göstərir. Layihə çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan Dövlət Konservatoriyasında yerləşən "Soqdiana" Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin zalı müasir səviyyədə qurulub, tərtibat işləri aparılıb. Özbəkistan Mədəniyyət və İdman Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən, Mərkəzə dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adı verilib. Özbəkistan Dövlət Konservatoriyasının rektoru, professor Bəxtiyar Yaqubov yüksək səviyyədə qurulmuş Musiqi Mədəniyyəti Mərkəzinin Özbəkistan-Azərbaycan arasında mədəni əlaqələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərinin Özbəkistanda öyrənilməsi, ifası işinə dəstək verəcəyini, bu ölkədə Azərbaycan musiqisinin fəal təbliğatçısına çevriləcəyini qeyd edib. O, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyacaq Mərkəzin xidmətlərindən gələcəkdə Özbəkistan Dövlət Konservatoriyasında təhsil alan tələbələr və mütəxəssislərin də faydalana biləcəyini bildirib və layihənin reallaşdırılmasına görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dahi Üzeyir Hacıbəylinin adını daşıyan Mərkəzin Özbəkistan Dövlət Konservatoriyasında fəaliyyət göstərməsini böyük hadisə adlandırıb və gələcəkdə Mərkəzin qardaş Özbəkistanda milli musiqimizin təbliğatçısına çevriləcəyini, dünya şöhrətli Azərbaycan bəstəkarlarının əsərlərinin təbliğinə və Özbəkistan səhnələrində tez-tez ifa olunmasına şərait yaradacağını qeyd edib. O, Mərkəzdə həmçinin Özbəkistanın "Soqdiana" Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin məşqlərinin də həyata keçiriləcəyini vurğulayıb.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Azərbaycan musiqisinə, bəstəkarlarının əsərlərinə Özbəkistanda böyük maraq olduğunu qeyd edərək, Azərbaycanın zəngin musiqi ənənələri barədə danışıb və məhz Azərbaycanda Şərqdə ilk operanın əsasının qoyulduğunu qeyd edib.  Bu tədbirdə Xalq çalğı alətləri Dövlət Kamera Orkestri dahi Üzeyir Hacıbəyovun əsərlərindən ifa edib, orkestrin solisti Səncər Qədirov "Ay Laçın" Azərbaycan xalq mahnısını ifa edib.

Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinə Özbəkistanın xalq çalğı alətləri Kamera Orkestrinin bədii rəhbəri, professor Firuzə Abduraximova rəhbərlik edir. F.Abduraximovanın rəhbərliyi Özbəkistanın Xalq çalğı alətləri Dövlət Kamera Orkestri dəfələrlə Özbəkistan səhnələrində Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərini ifa edib, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən 20 Yanvar faciəsi və Xocalı soyqırımına həsr olunmuş anım tədbirlərində möhtəşəm konsert-rekviyem proqramlarında Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib.

 Diaspora təşkilatlarımızın iştirak etdiyi tədbirlərdən biri də Özbəkistan Rəssamlıq Akademiyasında keçirilən "Ənənəvi təsviri incəsənət festivalı”nda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin Qarabağ geyimlərini nümayiş etdirib. Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri nümayiş etdiriblər. "Qarabağ şikəstəsi”nin sədaları altında Özbək modelyer qızlar XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağ xanlarının dövrünə aid zadəgan xanımların geyimlərini nümayiş etdiriblər. Sərgidə nümayiş etdirilən Bakı Geyim Evi tərəfindən hazırlanmış və Mədəniyyət Mərkəzinin "Azərbaycan milli geyimləri” muzeyində daimi nümayiş etdirilən Qarabağ geyimləri iştirakçıların böyük marağına və alqışlarına səbəb olub.

Qeyd edək ki, sərgidə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları” rəqs ansamblı Azərbaycan kəlağayılarını sərgiləyib, "Arşın mal-alan” əsərindən musiqili səhnəni təqdim ediblər.

İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.

Özbəkistanla kino sahəsində də əlaqələrimiz genişdir. 2017-ci il iyulun 22-dən 28-dək Qazaxıstan Respublikasının paytaxtı Astanada Orta Asyanın ən böyük forumu - “Avrasiya" XIII beynəlxalq kinofestivalı keçirilib.  “Avrasiya” beynəlxalq kinofestivalı tarixdə ilk dəfə keçirilən “Eurasia Film Market” kinobazarında MDB, Şərq (Çin, Hindistan, Cənubi Koreya) və Qərb (Avropa dövlətləri və ABŞ) ölkələrindən gələn müştərilər, distribyuterlər, satqı işlərinə baxan agentlər və film müəllifləri ıştırak edib. İştırak zamanı kinolayihə müzakirələri, mətbuat konfransları, master klasslar təşkil olunub. Bu festivalda Asiya və Avropa ölkələri, xüsüsən, Azərbaycan, Özbəkistan, Gürcüstan, Qırğızıstan və başqa ölkə vəkilləri də ıştırak edib.
Bu festivalda Özbəkistan və Azərbaycan vəkilləri arasında geniş müzakirələr keçirilib. Özbəkistan vəkili olaraq iştırak edən kinematoqrafiyanı inkişaf etdirmə mərkəzinin direktoru Aybək Əbduşukurov Azərbaycan kinematoqrafiya vəkilləriylə söhbət keçirib. Bu müzakirədə Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq, mədəni dostluq əlaqələrini gücləndirmək, Özbəkistan və Azərbaycanın dostluğunu göstərən filmlər çəkmək həm də tək icarə qaynağını təşkil etmək mövzusu danışılıb. Həmin festivalda Özbəkistan və Azərbaycan dostluğunu əks etdirən “Görüş” filmi dilə gətirilib və bu kimi filmlər indiki günlərdə də çəkilməli olduğu vurğulanıb. 
Astanada keçirilən anlaşmada ıştırak edən Azərbaycanlı kino vəkillərinin Özbəkistana təşrifi gözlənilir. Təşrifin əsas məqsədi festivalda imzalanan anlaşmaları, dəqiq tədbir layihələrini həyata keçirməkdir. Ümumiyyətlə, Azərbaycan kinolarının bu ölkədə  təbliğində diaspora təşkilatlarımızın üzərinə böyük vəzifələr düşür. 

Xəbər xətti