Ana səhifə
16 Yanvar 2018

Ədəbi dil normalarının pozulmasına görə cərimə tətbiq olunması təklif edilir

Mətbuat Şurası Azərbaycan ədəbi dil normalarının pozulmasına görə böyük cərimələrin tətbiq olunmasını təklif edir. APA-nın məlumatına görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə. Amaşov bildirib ki, monitorinqlər zamanı duyğu işarələrinin, xüsusən vergülün işlədilməsində daha çox problemlərin olduğu üzə çıxıb: "Problemləri aradan qaldırmaq üçün bir neçə addımın atılması vacibdir. Bu gün media orqanlarının yaradılması üçün hər hansı maneə yoxdur. Ona görə də indiki halda media yaradanların üzərinə daha böyük məsuliyyət qoyulmalıdır. Mətbuatda Ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır. Qanunvericilik tələblərinə riayət edilməsinə də xüsusi diqqət yetirilməlidir. Məsələn, Fransada Ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur. Bunu Azərbaycanda da tətbiq etmək olar".

Tarix
6 Oktyabr 2017 [12:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ