Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək

10:20 - 9 Aprel 2017 - İDMAN

Topaz Premyer Liqasında 25-ci tura bu gün start veriləcək. İlk oyun günündə 2 qarşılaşma keçiriləcək. Turun açılış matçı Gəncədə oynanılacaq.
“Kəpəz” “Neftçi”ni sınağa çəkəcək. Komandalar turnir cədvəlində qonşudurlar. Son turlar Gəncə klubu evdə inamlı çıxış etsə də, paytaxt klubu haqda eyni sözləri demək olmur. Kubokda mübarizəni dayandıran “Neftçi”nin Premyer Liqada dördüncü olması da asan deyil.
Günün ikinci oyunu isə Respublika stadionunda keçiriləcək. Son illərin çempionu “Qarabağ” cari mövsümdəki əsas rəqibi “Qəbələ” ilə görüşəcək.
Görüş hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır. “Qarabağ” qələbə qazansa, çempionluğun taleyini demək olar ki, həll edəcək. “Qəbələ” meydandan 3 xalla ayrılsa, xal fərqi minimuma enəcək.qol.az 


Topaz Premyer Liqası

25-ci tur

9 aprel

16:30. “Kəpəz” - “Neftçi”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
Gəncə şəhər stadionu


20:30. “Qarabağ” - “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti