Avropa Məhkəməsi iş yerində hicab qadağasını qanuni hesab etdi

15:22 - 14 Mart 2017 - DÜNYA

Avropa Məhkəməsi iş yerində hər hansı siyasi, və ya dini simvolların, o cümlədən hicab taxılmasının qadağan edilməsini qanuni hesab edib. Ucnoqta.az “qafqazinfo”ya istinadən xəbər verir ki, qərarda bildirilir ki, qadağa müştərilərin deyil, beynəlxalq şirkətlərin işçilərin “neytral geyinməsi” ilə bağlı tələblərinə əsaslanmalıdır.
Xatırladaq ki, Belçikada G4S şirkətinin resepşnı hicabsız işləmək istəmədiyi üçün qovulmuşdu. Belçika kassasiya məhkəməsi işi Avropa Məhkəməsinə göndərmişdi. Bu, Aİ-nin ali məhkəmə instansiyasının iş yerində hicab taxılması ilə bağlı çıxardığı ilk qərardır.

Xəbər xətti