“Dreamland” Beynəlxalq Daşınmaz əmlak və İnvestisiya sərgisində iştirak edir

14:56 - 23 Noyabr 2016 - Xəbər

22-24 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq  Daşınmaz əmlak və İnvestisiya sərgisi keçirilir. Ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan sərgidə “Dreamland” yaşayış kompleksinə məxsus stend  ən çox diqqət çəkənlərdən olub. Stendi ilk ziyarət edənlərdən biri “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal olub. “Dreamland” müasir yaşayış kompleksinin kiçik maketinə baxan Şirkətlər Qrupunun rəhbərinə sərgi barədə məlumat verilib. Daha sonra Abdolbari Goozal sərgidə iştirak edən digər şirkətlərin stendləri ilə tanış olub. “Dreamland” müasir yaşayış kompleksinin stendini ziyarət edənlərə çox sərfəli şərtlər və cəzbedici qiymətlərlə ilkin satışların başlanıldığı bildirilib.  330 hektarlıq ərazini əhatə edən Drimlənd yaşayış kompleksi şəhər kənarı sakitçiliyi ilə  müasir həyat tərzini özündə  cəmləşdirir. Burada 394  müasir  bina evi və fərqli zövqlərə uyğun olaraq inşa edilmiş 7 üslubda 234  villa mövcuddur.    11 süni gölün yaradıldığı və hektarlarla yaşıllıq zolaqlarının salındığı bu kompleksdə həm də müasir SABİS Sun beynəlxalq məktəbi və müasir tələblərə cavab verən Qolf sahəsi fəaliyyət göstərir. SABIS Şəbəkəsinə daxil olan 56 məktəb 18 ölkədə fəaliyyət göstərir və 65,000-ə yaxın tələbəyə təhsil verir. Təsdiq olunmuş şəxsi sistemə əsasən SABIS məktəbləri, tələbələri dəyişən dünyada meydana gələn çətinliklərin öhdəsindən gəlməyə hazırlayan yüksək keyfiyyətli təhsil bəxş edir. Qeyd edək ki, Drimlənd yaşayış kompleksi artıq növbəti ilin fevral ayındailk sakinlərini qəbul edəcək .

 


Xəbər xətti