Ziya Məmmədovun oğlu Trampın inaqurasiyasına dəvət olundu

14:56 - 23 Noyabr 2016 - Xəbər

“Amerika-Azərbaycan” Alyansının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasiminə dəvət olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə "qafqazinfo"nun əldə etdiyi məlumata görə, iş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq.
Qeyd edək ki, biznesmen Anar Məmmədovun Donald Trampla iş birliyinin olması haqda Azərbaycan mətbuatında dəfələrə məlumatlar dərc olunub. O, eyni zamanda Bakının Xətai rayonu ərazisində yerləşən “Tramp” adlı böyük bir plaza da inşa etdirib.

Xəbər xətti