22 minə yaxın polis əməkdaşı işdən çıxarıldı

14:43 - 23 Noyabr 2016 - Xəbər

Türkiyə Daxili İşlər Nazirliyinin 21 929 əməkdaşı işdən çıxarılıb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirliyin 12 985 əməkdaşı isə tutduğu vəzifədən uzaqlaşdırılıb.
Bundan başqa, 3 569 nəfər nazirlikdəki vəzifəsinə bərpa edilib.
Məlumata görə, nazirliyin 467 əməkdaşı barəsində axtarış elan edilib.
Onların Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə olduğu ehtimal edilir.

Xəbər xətti