“Azərçay” Rusiyada məşhur teleoyunun baş sponsoru olub

12:08 - 23 Noyabr 2016 - Xəbər

“Azərsun Holdiq”in çay markası “Azərçay” Rusiyanın “Birinci kanal”ında yayımlanan “Поле чудес” proqramına 6 ay baş sponsorluq edəcək.
Bunu Holdinqin İctimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov bildirib.
Qeyd edək ki, “Поле чудес” Rusiyada və keçmiş sovet ölkələrində maraqla izlənilən teleoyun proqramıdır.
“Sponsorluq çərçivəsində proqramda Azərbaycanın çay mədəniyyəti, Qarabağ ilə bağlı məlumatlar da təqdim olunacaqdır. Məsələn, Aleksandr Dümanın Qarabağa səfəri, Qarabağ bölgəsində bitən dərman bitkiləri barədə məlumatlar veriləcəkdir. Verlişin böyük aditoriyası var. İnanırıq ki, bu sponsorluq ilə post-sovet ölkələrində yaşayan insanlara şüuraltı təsir edəcəyik. Biz bu sponsorluğa nail olmaq üçün çətinliklə bir neçə mərhələni aşdıq. Nəhayət ki, Azərbaycan üçün çox önəmli layihəyə başladıq”,- Afiq Səfərov deyib.
Yuxarıdakı videonun 2:59-cu dəqiqəsində “Azərçay”ın proqramın baş sponsoru olduğu barədə məlumat verilir.marja.az

Xəbər xətti