Türkiyədə antiterror əməliyyatı keçirilib, saxlanılanlar var

10:31 - 23 Noyabr 2016 - Xəbər

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda antiterror əməliyyatı keçirilib. Bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, Şanlıurfa Cümhuriyyəti Baş Prokurorluğu tərəfindən aparılan terror istintaqı çərçivəsində Suruç rayonunda Şanlıurfa Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən əvvəldən müəyyən edilmiş ünvanlarda xüsusi əməliyyat təşkil olunub.

Əməliyyat zamanı Demokratik Bölgələr Partiyasının rayon üzrə rəsmisi Feryal Çelikbaş, bələdiyyə üzvü Mehmet Şakir və Esvet Şenyaşar da daxil olmaqla 4 nəfər saxlanılıb.

Şübhəli şəxslər tibbi yoxlanışdan keçirildikdən sonra polis idarəsinə gətiriliblər.

Xəbər xətti