İşçilər etiraz etdi: 60-dan çox aviareys təxirə düşdü

15:12 - 22 Noyabr 2016 - Xəbər

Almaniyanın Düsseldorf hava limanında "Eurowings" aviaşirkətinin bort bələdçilərinin tətil etməsi səbəbindən 50 aviareys təxirə salınıb.

Ucnoqta.az trend-ə istinadən xəbər verir ki, Berlin, Praqa və Vyana şəhərlərinə uçuşlar dayandırılıb.
Tətilə Düsseldorf və Hamburq hava limanlarında çalışan işçilər də qoşulub. 460-a yaxın işçinin əməkhaqlarının artırılması tələb edilir. Yerli vaxtla səhər saat 05:00-da başlayn tətil saat 20:00-dək davam edəcək.
Hamburq hava limanında da tətil təsirsiz ötüşməyib. Burada 14 reysin təxirə salındığı bildirilir.

Xəbər xətti