Türkiyədə fövqəladə vəziyyətlə bağlı yeni qərarnamə dərc olunub, 15000-dən artıq insan işdən çıxarılıb

11:05 - 22 Noyabr 2016 - Xəbər

Türkiyə hökuməti iyulun 15-də baş verən dövlət çevirilişinə cəhdlə bağlı aparılan araşdırmalar nəticəsində daha 15550 nəfəri işdən azad edib. “Anadolu” agentlyi xəbər verir ki, onların hamısı yeni dərc olunan qanun hökmündə olan qərarnaməyə əsasən, işdən azad olunublar.

Məlumata görə, işdən çıxarılanların 7586-sı polis əməkdaşı, 403-ü jandarm, 1988-i hərbçi və 5000-i isə dövlət məmurudur.

Bundan başqa, 550 ictimai təşkilat, 9 mətbuat orqanı, 19 özəl səhiyyə müəssisəsi də dövlət çevirilişinə cəhddə iştirak etməkdə şübhəli bilinərək, bağlanıb.

Xəbərə görə, 15 iyul dövlət çevirlişi cəhdindən sonra Türkiyədə 110 min dövlət məmuru işdən azad edilib.

Xəbər xətti