Türkiyə Hərbi Hava Qüvvələrində qulluq edən 60 nəfərin tutulması haqda qərar verilib

11:02 - 22 Noyabr 2016 - Xəbər

Türkiyənin Hərbi Hava Qüvvələrində qulluq edən 60 hərbçinin tutulması haqda qərar verilib.

Bu barədə Haber7 xəbər yayıb. Onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinirlər.

Məlumata görə, həmin şəxslərin saxlanılması üçün Konya daxil olmaqla ölkənin 19 əyalətində əməliyyat keçiriləcək.

Saxlanılması haqda qərar verilənlər arasında yüksək vəzifəlilər və pilotlar da var.

Xəbər xətti