Türkiyə prezidentinin müşaviri Azərbaycana gəlib

10:48 - 21 Noyabr 2016 - Xəbər

Türkiyə prezidentinin müşaviri, bu ölkənin keçmiş mədəniyyət naziri Yalçın Topçu Azərbaycana gəlib. Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər zamanı Y.Topçu rəsmi şəxslər, QHT nümayəndələri ilə görüşəcək, eləcə də bu gün Yunus Əmrə İnstitutu tərəfindən Bakıda təşkil edilən Türk Kinosu Həftəsinin açılışında iştirak edəcək.

Xəbər xətti