Gömrükdə 13 mindən çox pirotexniki vasitə aşkar edilib

16:48 - 17 Noyabr 2016 - Xəbər

Gömrükdə 13200 ədəd pirotexniki vasitələr aşkar edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən hər birində 600 ədəd olmaqla 22 qutu, ümumilikdə isə 13200 ədəd pirotexniki vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti