Azərbaycanda ötən gün yol hərəkəti qaydalarını pozan 7 916 sürücü cərimələnib

15:04 - 16 Noyabr 2016 - Xəbər

 Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində inzibati xəta törədən 7 916 sürücünü cərimələyib. Qurumdan "Report"a verilən məlumata görə, noyabrın 15-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 54-ü sükan arxasına sərxoş halda əyləşdiyinə, 1 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.

Xəbər xətti