Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA məhv edilib

13:39 - 15 Noyabr 2016 - Xəbər

 Noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbər xətti