Bakının Rəşid Behbudov küçəsində tikilməkdə olan binada krandan daş yükünün aşması nəticəsində yaralananların vəziyyəti yaxşılaşmağa doğru dəyişir.Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alaraq Kliniki Tibbi Yardım Mərkəzinə yerləşdirilən 3 nəfərin vəziyyəti ağır stabildir. Onlardan biri dalağında yaranan problemlə əlaqədar cərrahiyyə əməliyyatı olunub. Zərərçəkmiş 3 şəxs hazırda reanimasiya şöbəsindədir.
Xatırladaq ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılardan biri qadına hadisə yerində tibbi yardım göstərilib və evə buraxlılıb.