Naməlum silahlı şəxslərin Queretaro ştatında bir barda atəş açması nəticəsində azı 10 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, Queretaro bələdiyyəsinin ictimai təhlükəsizlik departamentinin rəhbəri X-də yazıb. Məlumata görə, noyabrın 9-da axşam saatlarında 4 naməlum şəxs bara daxil olaraq atəş açmağa başlayıb.
Qeyd olunur ki, indiyədək bir nəfər saxlanılıb.