Malavi və Anqola vitse-prezidentləri Bakıya gəlib

18:27 - 10 Noyabr 2024 - Xəbər

Malavi Respublikasının vitse-prezidenti Mixael Bizuik Usi noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Anqola Respublikasının vitse-prezidenti Esperança da Kosta da Azərbaycan Respublikasına səfərə gəlib.

Onu kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.


Xəbər xətti